Sabah yağış yağacaq PROQNOZ

Sabah Azərbaycanın bəzi ərazilərində intensiv yağış yağacaq. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq, günün ikinci yarısında tədircən kəsiləcək. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13, gündüz 15-17 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı, əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında gecə 9-14, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə