Bu gün Bakıda Avropa Şurasının "Hər beş uşaqdan biri" kampaniyası çərçivəsində "Biz zorakılığa yox deyirik!" mövzusunda "Rənglərin dili ilə" adlı uşaqların rəsm sərgi müsabiqəsi keçirilib. SİA-nın xəbərinə görə, tədbir Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın "Uşaqlara qarşı zorakılıq" proqramının Azərbaycadakı parlament əlaqələndiricisi Sevinc Fətəliyevanın təşəbbüsü ilə baş tutub.
Onun sözlərinə görə, Avropa Şurasının "Uşaqlara qarşı zorakılıq" proqramı artıq 3 ildir ki, Azərbaycada fəaliyyət göstərir: "Proqram çərçivəsində bir çox layihələr həyata keçirilib. Əsas məqsəd uşaqlar arasında zorakııq hallarının aradan qaldırılması, onlara daha çox zaman ayrılması və rənglərin dili ilə onların nə demək istədiklərini dinləmək, gənc rəssamların dünyasına nəzər yetirməkdir".
Millət vəkili onu da qeyd edib ki, proqram vasitəsilə uşaqların hüquqlarının tanınması üçün hər zaman müəllim və valideynlərlə müzakirələr aparılıb: "Bugünkü tədbirdə isə uşaqlar öz demək istədiklərini öz təsvirləri ilə diqqətə çatdırıblar."
O həmçinin əlavə edib ki, dövlət tərəfindən həmişə uşaqlar üçün lazımi tədbirlər təşkil edilir: "Lakin biz bununla yetinməməli, daim yeniliklər etməliyik".
Millət vəkilləri Sevinc Hüseynova, Sədaqət Vəliyeva, İlham Məmmədov və digərləri tədbirin əhəmiyyətindən danışıblar və iştiraçılara uğurlar arzulayıblar.
Çışıxlardan sonra mütəxəssislərdən ibarət münsiflər heyətinin qərarı ilə müsabiqədə qalib olan, I, II və III yerləri tutan və fərqlənən 10 nəfər məktəbliyə diplom və xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB