Hesablama Palatasının kollegiya iclası keçirilib

Hesablama Palatasının kollegiya iclası keçirilib

Hesablama Palatasının kollegiya iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda dövlət büdcəsindən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Samur-Abşeron Kanalı İstismarı İdarəsinə və Nəsimi Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Kollegiya iclasında, həmçinin müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə