Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Turizm İnstitutunda "Səyyar QHT Məktəbi" çərçivəsində gənclərinin ictimai fəaliyyətini artırmaq və onların vətəndaş cəmiyyəti institutlarında iştirakını təmin etmək üçün silsiləvi təlimlər həyata keçirib. Gənclər üçün Təhsil Mərkəzi tərəfindən idarə olunan keçmiş SSRİ ölkələri arasında ilk dəfə olaraq, 2002-ci ildə Azərbaycanda yaranan "QHT Məktəbi"nin əsas məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, eyni zamanda QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır. Mərkəzdən SİA-ya verilən xəbərə görə, layihə çərçivəsində tələbələrə gənclər siyasəti sahəsində qəbul edilmiş qanunlar, normativ-hüquqi aktlar, dövlət proqramlarının səmərəli tətbiqi səviyyəsini öyrənmək və gənclərin qanunlardan necə yararlanmasını müəyyən etmək istiqamətində maarifləndirici seminarlar həyata keçirilib. "Səyyar QHT Məktəbi" çərçivəsində iştirakçılarla debat xarakterli toplantılar keçirilib, tələbələr Respublikada bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri ilə tanış olub, dövlət tərəfində gənclərə yaradılan imkanlar, dövlət proqramları haqqında məlumat alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB