Bu gün Ümumdünya poçt günüdür. SİA-nın xəbərinə görə, Ümumdünya Poçt İttifaqının (ÜPİ) XIV konqresinin qərarı ilə Ümumdünya poçt günü 1874-cü ildə ittifaqın yaranması günü qeyd olunur. Bu gün BPİ-yə üzv olan 191 ölkənin hamısında qeyd olunur.
1939-cu ildə ÜPİ-nin Buenos-Ayresdəki Konqresində oktyabrın 9-nun ÜPİ günü kimi qeyd olunması barədə təklif ilk dəfə səslənib. Lakin həmin toplantıda bu barədə qərar qəbul olunmayıb. Analoji addım 1969-cu ildə ÜPİ-nin Tokioda keçirilən 16-cı Konqresində atılıb. ÜPİ günü beynəlxalq bayram kimi ilk dəfə 1970-ci ildə qeyd olunub.
1984-cü ildə ÜPİ-nin Hamburqdakı Konqresində poçt işçilərinin peşə bayramının Ümumdünya poçt günü adlandırılması barədə qərar qəbul edilib. Bayram BMT-nin ümumdünya və beynəlxalq günlər sisteminə daxildir.
Azərbaycan 1993-cü ilin aprelində ÜPİ üzvlüyünə qəbul olunub. Bu hadisə respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə böyük imkanlar yaradıb. Azərbaycanda poçt sahəsini "Azərpoçt" Birgə Müəssisəsi təmsil edir. 21-ci əsrin sonunda SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilib. Respublikada poçt və elektrik rabitəsinin təşkili və xidmətlərin göstərilməsi "Azərpoçt" İstehsalat Birliyi tərəfindən həyata keçirilməyə başlayıb. "Azərpoçt" İstehsalat Birliyinin sələfi olan "Azərpoçt" Dövlət Müəssisəsi isə Azərbaycan Respublikası Rabitə Nazirliyinin 23.09.1999-cu il tarixli 151 saylı "Poçt rabitəsi sahəsində islahatların davamı və strukturun təkmilləşdirilməsi haqqında" əmri ilə yaradılıb. Müəssisə, "Azərpoçt" İstehsalat Birliyinin bazasında yaradılıb və onun hüquqi varisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB