İğdırda PKK-çılarla azərbaycanlılar arasında əlbayaxa dava

İğdırda PKK-çılarla azərbaycanlılar arasında əlbayaxa dava

Türkiyənin İğdır vilayətində İŞİD-in Kobaniyə hücumunu bəhanə edərək icazəsiz aksiya keçirən PKK-çılarla azərbaycanlılar arasında dava düşüb. Aksiya zamanı etirazçılar iğtişaş törədərək azərbaycanlı iş adamlarının dükanlarının şüşələrini daşla sındırıblar. Azərbaycanlılarla aksiya iştirakçıları arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.

Nəticədə 15 nəfərə yaxın şəxs yaralanıb. Polisin müdaxiləsi ilə tərəflər ayrılıb. Yaralılar Iğdır dövlət xəstəxanasına aparılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə