Pakistan mətbuatı IV Bakı Beynəlxalq Humanitar Forumundan yazır

Pakistan mətbuatı IV Bakı Beynəlxalq Humanitar Forumundan yazır

Pakistanın diplomatik dairələrində böyük nüfuza malik "Centreline" jurnalı və "Diplomatic News Agency" informasiya agentliyi tanınmış jurnalist Vahid Hüseynin "IV Bakı Beynəlxalq Humanitar Forumu" adlı məqaləsini yayıb.

Məqalədə oktyabrın 2-3-də Bakıda IV Beynəlxalq Humanitar Forumun keçirildiyi, bu tədbirdə dünyanın tanınmış siyasətçilərinin, keçmiş prezidentlərin, Nobel mükafatı laureatlarının, iqtisadçı alimlərin, nüfuzlu ictimai-siyasi xadimlərin iştirak etdikləri bildirilir. Qeyd edilir ki, 60–dan çox ölkədən 500-ə yaxın nümayəndənin qatıldığı Forumda bəşəriyyəti narahat edən problemlərin həlli istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Müəllif Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirak etdiklərini xatırladır. Bildirilir ki, Prezident İlham Əliyev öz nitqində Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin və etnik qrupların birgə yaşadıqlarını qeyd edib. Məqalədə Prezidentin bu Forum çərçivəsində aparılacaq diskussiyaların humanitar sahədə əməkdaşlığın daha da inkişafına xidmət edəcəyini söylədiyi diqqətə çatdırılır. Həmçinin dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə də yer verilir.

Müəllif Forum çərçivəsində keçirilən "dəyirmi masa"larda qloballaşma, ekologiya, multikulturalizm, media, innovasiyalar, molekulyar biologiya və s. aktual mövzuların müzakirə edildiyini vurğulayır.

Yazıda Forumun iştirakçılarının Azərbaycanın bir sıra bölgələrinə səfərlərinin təşkil olunduğu da diqqətə çatdırılır.

Məqalənin tam mətni ilə bu linklərdən tanış olmaq mümkündür:

http://centreline.com.pk/?p=4478

http://dnanews.com.pk/

Bütün xəbərlər Facebook səhifəmizdə