"Formula 1 Group"un baş icraçı direktoru Berni Ekklestoun və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov oktyabrın 11-də "Baku Crystal Hall"da keçiriləcək "V1 Challenge Azerbaijan" yarışına hazırlıq işlərinin gedişi ilə tanış olublar. Berni Ekklestouna yarış avtomobillərindən bəzilərinin iştirakı ilə müxtəlif manevr və tryuklarla şou təqdim edilib.
"V1 Challenge" yarışı Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilir. Bu idman yarışında 12 ölkədən 14 pilot birincilik uğrunda mübarizə aparacaq.
Yarış zamanı bir sıra digər idman avtomobillərinin şousu, eyni zamanda, məşhur "Voca People" qrupunun konsert proqramı da təşkil olunacaq.
Qeyd edək ki, yarışın dəvətnamələrini Heydər Əliyev Mərkəzinin kassasından pulsuz əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB