Humanitar Forumun iştirakçılarından bir qrupu Lənkəranda olub

Humanitar Forumun iştirakçılarından bir qrupu Lənkəranda olub

ІV Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarından bir qrupu Lənkəranda olublar. SİA-nın verdiyi məlumata görə, qonaqlar İstisu qəsəbəsində fəaliyyət göstərən "Yaşıl Çay" fermer təsərrüfatı ilə tanış olublar. Forum iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri və təsərrüfatın rəhbəri Araz Yağubov qarşılayıb, onlara çayın yetişdirilməsi, hazırlanması prosesi haqqında məlumat veriblər. Qonaqlara dünya şöhrətli Lənkəran çayı və fermer təsərrüfatının orqanı olan "Yaşıl Çay" jurnalı hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə