Azərbaycan diasporu “Ukraynda sülh” adlı qeyri-adi marş təşkil edib

Azərbaycan diasporu “Ukraynda sülh” adlı qeyri-adi marş təşkil edib

Son bir il ərzində Kievin mərkəzində Ukraynanın ərazi bütövlüyü və müstəqilliyi naminə bir sıra ictimai tədbirlər keçirilib. İnsanlar təhlükə və çətinlik qarşısında qaldıqda, doğum yerindən və dilindən asılı olmayaraq Ukraynanı öz ana vətəni hesab edən hər bir Ukrayna vətəndaşı əlindən gələni etməyə çalışır.

SİA-nın verdiyi məlumata görə, bu məqsədlə də "Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu"nun nəznində fəaliyyət göstərən "Gənclər Dünyası" ictimai birliyi Kievin mərkəzində "Ukraynda sülh" adı altında qeyri-adi marş təşkil edib. Ukraynanın və Qafqazın milli geyimlərini geyinmiş gənclər əllərində Ukrayna və Azərbaycan bayraqları, üzərində "Ukraynada sülh" yazılmış plakatlar tutaraq Kievin mərkəzi boyu addımlayıblar.

Marş "Müstəqillik Meydanında" Ukraynanın milli himninin səslənməsi ilə yekunlaşıb. Marşın təşkilatçıları, "Gənclər Dünyası"ictimai birliyinin təsisçiləri, "Kievdə N1 qafqaz rəqsləri məktəbi"nin rəhbərləri Nicat Mirzəyev və Şəmsi Məhərrəmov bildiriblər ki, Ukraynada yaşayan istənilən millətin nümayəndəsi bu gün Ukraynın ərazi bütövlüyü üçün əllərindən gələni etməyə hazırdılar. "Sülh naminə marş"ın ardınca Müstəqillik Meydanında konsert də təşkil edilib. Konsertdə "Qafqaz", "Dance Hayat", "İpək Yolu" rəqs qrupları iştirak ediblər.

Sonda ən fəal tamaşaçılar arasında rəqs müsabiqəsi də keçirilib. Qaliblərə "Qafqaz milli rəqsləri" məktəbi adından rəmzi hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə