Qırğızıstan Diasporla İş üzrə Dövlət Komitəsinin təcrübəsini öyrənir FOTOLAR

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov "Qırğızıstan Xalqı Assambleyası" Assosiasiyasının sədri, akademik Bektemir Murzubraimov və Qırğızıstanın Azərbaycandakı Müvəqqəti işlər vəkili Ayciqit Buranovu qəbul edib. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə müxtəlif ölkələrdəki Azərbaycan və qırğız diasporunun birgə fəaliyyəti, Dövlət Komitəsinin təcrübəsinin öyrənilməsi, Qırğızıstandakı Azərbaycan diasporunun problemləri müzakirə olunub.

Qonaqları salamlayan Nazim İbrahimov Azərbaycan diaspor quruculuğu, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, fəaliyyəti və bu müddət ərzində əldə olunmuş uğurlar haqqında məlumat verib. Bildirib ki, diaspor və lobbiçilik Azərbaycan dövlətinin xarici siyasətində prioritet istiqamətlərdi və dövlətin bu sahəyə dəstəyi sayəsində dünya ölkələrindəki azərbaycanlıların təşkilatlanmasına, digər xalqların diasporu ilə sıx əlaqələrin qurulmasına və müxtəlif uğurlara imza atılıb. Nazim İbrahimov eyni zamanda türkdilli ölkələrin diaspor təşkilatlarının birgə fəaliyyət proqramı çərçivəsində Azərbaycan və qırğız diasporunun daha sıx əməkdaşlıq etməsinin vacibliyindən də danışıb, bu istiqamətdə Azərbaycan diasporunun hər bir yardıma hazır olduğunu qeyd edib. Dövlət Komitəsinin sədri xüsusilə dünyada cərəyan edən qlobal proseslər fonunda türkdilli xalqların diasporunun birgə fəaliyyətinin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyasından irəli gələn vəzifələrin hər birinin həyata keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

"Qırğızıstan Xalqı Assambleyası" Assosiasiyasının sədri Bektemir Murzubraimov isə öz növbəsində 2011-ci ildən rəhbərlik etdiyi təşkilat haqqında məlumat verərək bildirib ki, Assosiasiya Qırğızıstanda mövcud olan 130-dan artıq azsaylı xalqın cəmiyyətlərini, o cümlədən "Azəri" Azərbaycan təşkilatını birləşdirir. Bektemir Murzubraimov dünyanın müxtəlif ölkələrinə səpələnmiş qırğızlarla işləyəcək dövlət qurumunun yaradılması planları ilə bağlı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin təcrübəsini öyrənmək və tətbiq etmək niyyətində olduqlarını deyib.

Azərbaycanın lobbiçilik fəaliyyətində də ciddi uğurlara imza atdığını vurğulayan Nazim İbrahimov həm bu, həm də diaspora sahəsində qazanılmış təcrübəni qırğız həmkarları ilə bölüşməyə və dəstək göstərməyə hazır olduğunu bəyan edib. Nazim İbrahimov deyib ki, indiyədək bir çox xalqlar Dövlət Komitəsinin təcrübəsindən yararlanaraq öz ölkəsində analoji qurumun yaradılmasına nail olublar.

Görüşdə Qırğızıstandakı Azərbaycan diasporunun fəaliyyəti də müzakirə olunub. Bektemir Murzubraimov bildirib ki, bu ölkədə yaşayan 20 min azərbaycanlı əsasən cəmiyyətin ziyalı təbəqəsini təşkil edir və ölkənin ictimai siyasi həyatında mühüm rol oynayır: "Hazırda Qırğızıstanda yaşayan azərbaycanlılar arasında onlarla alim, elmlər namizədi, müxtəlif fəxri adlara layiq görülmüş ixtisas sahibləri var". Görüşdə Qırğızıstandakı diaspor təşkilatlarına, eləcə də diasporun fəal üzvlərinə dəstək göstərilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qırğızıstanın Azərbaycandakı Müvəqqəti işlər vəkili Ayciqit Buranov isə yaxın vaxtlarda açılacaq Bakı-Bişkek-Bakı birbaşa təyyarə reysinin də iki ölkə arasında müxtəlif sahələrdə, eləcə də diaspor sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağını bildirib.Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov "Qırğızıstan Xalqı Assambleyası" Assosiasiyasının sədri, akademik Bektemir Murzubraimov və Qırğızıstanın Azərbaycandakı Müvəqqəti işlər vəkili Ayciqit Buranovu qəbul edib. Görüşdə müxtəlif ölkələrdəki Azərbaycan və qırğız diasporunun birgə fəaliyyəti, Dövlət Komitəsinin təcrübəsinin öyrənilməsi, Qırğızıstandakı Azərbaycan diasporunun problemləri müzakirə olunub.

Qonaqları salamlayan Nazim İbrahimov Azərbaycan diaspor quruculuğu, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, fəaliyyəti və bu müddət ərzində əldə olunmuş uğurlar haqqında məlumat verib. Bildirib ki, diaspor və lobbiçilik Azərbaycan dövlətinin xarici siyasətində prioritet istiqamətlərdi və dövlətin bu sahəyə dəstəyi sayəsində dünya ölkələrindəki azərbaycanlıların təşkilatlanmasına, digər xalqların diasporu ilə sıx əlaqələrin qurulmasına və müxtəlif uğurlara imza atılıb. Nazim İbrahimov eyni zamanda türkdilli ölkələrin diaspor təşkilatlarının birgə fəaliyyət proqramı çərçivəsində Azərbaycan və qırğız diasporunun daha sıx əməkdaşlıq etməsinin vacibliyindən də danışıb, bu istiqamətdə Azərbaycan diasporunun hər bir yardıma hazır olduğunu qeyd edib. Dövlət Komitəsinin sədri xüsusilə dünyada cərəyan edən qlobal proseslər fonunda türkdilli xalqların diasporunun birgə fəaliyyətinin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyasından irəli gələn vəzifələrin hər birinin həyata keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

"Qırğızıstan Xalqı Assambleyası" Assosiasiyasının sədri Bektemir Murzubraimov isə öz növbəsində 2011-ci ildən rəhbərlik etdiyi təşkilat haqqında məlumat verərək bildirib ki, Assosiasiya Qırğızıstanda mövcud olan 130-dan artıq azsaylı xalqın cəmiyyətlərini, o cümlədən "Azəri" Azərbaycan təşkilatını birləşdirir. Bektemir Murzubraimov dünyanın müxtəlif ölkələrinə səpələnmiş qırğızlarla işləyəcək dövlət qurumunun yaradılması planları ilə bağlı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin təcrübəsini öyrənmək və tətbiq etmək niyyətində olduqlarını deyib.

Azərbaycanın lobbiçilik fəaliyyətində də ciddi uğurlara imza atdığını vurğulayan Nazim İbrahimov həm bu, həm də diaspora sahəsində qazanılmış təcrübəni qırğız həmkarları ilə bölüşməyə və dəstək göstərməyə hazır olduğunu bəyan edib. Nazim İbrahimov deyib ki, indiyədək bir çox xalqlar Dövlət Komitəsinin təcrübəsindən yararlanaraq öz ölkəsində analoji qurumun yaradılmasına nail olublar.

Görüşdə Qırğızıstandakı Azərbaycan diasporunun fəaliyyəti də müzakirə olunub. Bektemir Murzubraimov bildirib ki, bu ölkədə yaşayan 20 min azərbaycanlı əsasən cəmiyyətin ziyalı təbəqəsini təşkil edir və ölkənin ictimai siyasi həyatında mühüm rol oynayır: "Hazırda Qırğızıstanda yaşayan azərbaycanlılar arasında onlarla alim, elmlər namizədi, müxtəlif fəxri adlara layiq görülmüş ixtisas sahibləri var". Görüşdə Qırğızıstandakı diaspor təşkilatlarına, eləcə də diasporun fəal üzvlərinə dəstək göstərilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qırğızıstanın Azərbaycandakı Müvəqqəti işlər vəkili Ayciqit Buranov isə yaxın vaxtlarda açılacaq Bakı-Bişkek-Bakı birbaşa təyyarə reysinin də iki ölkə arasında müxtəlif sahələrdə, eləcə də diaspor sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə