Azad Rəhimov Helen Klarkla görüşüb FOTOLAR

Azad Rəhimov Helen Klarkla görüşüb FOTOLAR

Gənclər və İdman naziri Azad Rəhimov BMT-nin İnkişaf Proqramının və BMT-nin İnkişaf Qrupunun rəhbəri Helen Klarkla görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı gənclər sahəsində Azərbaycanda həyata keçirilən layihələr, qəbul edilən dövlət proqramları haqda məlumat verilib, birgə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Eyni zamanda bu ilin oktyabr ayının 28-30 tarixlərində Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı, Avropa Şurası, UNESCO və BMT-nin Gənclər Siyasəti üzrə xüsusi qurumu tərəfindən Bakıda gerçəkləşəcək "Gənclər Siyasəti üzrə I Qlobal Forum" haqda danışıqlar aparılıb.

Forumun gənclər siyasətində böyük və uğurlu addım olduğu, bu sahədə yeni istiqamət olacağı qeyd olunub.

Bildirilib ki, dünyanın 200-dən artıq ölkəsindən 700-dən artıq iştirakçını bir araya toplayacaq forum gənclər siyasəti sahəsində yeni təcrübələrin əldə olunmasında, ölkələr arası fikir mübadiləsinin aparılmasında xüsusi önəm daşıyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə