Azərbaycan Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabovanın rəhbərliyi ilə ABŞ-ın Nyu-York şəhərinin Bruklin səmtində "Azərbaycan Evi" ("Azerbaijan House") fəaliyyətə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, "Azərbaycan Evi"nin açılış mərasimində Nyu-Yorkdakı Azərbaycan, türk, yəhudi cəmiyyətlərinin təmsilçiləri, Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri Emil Səfərov, Vüsalə Muradəliyeva, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təmsilçisi Fərid Cəbrayılov və digərləri iştirak edib.
Açılış mərasimində çıxış edən Azərbaycan Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova "Azərbaycan Evi"ni azərbaycanlılar, eləcə də digər türkdilli xalqların toplaşacağı mədəniyyət mərkəzinə çevirmək niyyətində olduğunu bildirib: "Bizim məqsədimiz Nyu-Yorkda, əsasən də Bruklində yaşayan azərbaycanlılar, digər türkdilli icmaların münayəndələri, həmçinin Azərbaycan yəhudiləri arasında əlaqələlərin möhkəmlənməsini təmin etmək, onların Vətən həsrətini paylaşması üçün şərait yaratmaq, eləcə də milli adət-ənələrimizi yaşatmaqdır".
Münəvvər Vahabova hesab edir ki, burada yaradılmış Azərbaycan ab-havası nəinki azərbaycanlıları, eyni zamanda Bruklindəki Azərbaycan yəhudilərini cəlb edəcək. Təşkilat rəhbəri deyib ki, "Azərbaycan Evi"ndə milli mətbəximizin əvəzolunmaz təamların təqdim edilməsi Azərbaycan mədəniyyətini ABŞ-da tanıtmaq istiqmətində müəyyən rol oynaya bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB