ADİU tələbələri uşaq evini ziyarət ediblər FOTO

ADİU tələbələri uşaq evini ziyarət ediblər FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup müəllimi və fəal tələbələri "Qurban Bayramı" münasibətilə Quba şəhəri yetim və valideyn himayəsindən məhrum olunan uşaqlar üçün internat məktəbini ziyarət ediblər. ADİU-dan SİA-ya verilən xəbərə görə, müəllimlər uşaqlara universitet haqqında ətraflı məlumat veriblər.

Tələbələr isə seçdikləri ixtisas, onun gələcək perspektivləri barədə uşaqlarla fikirlərini bölüşüblər. Uşaqlar müəllim və tələbələrə İqtisad Universiteti haqda onları maraqlandıran sualları ünvanlayıblar.

Sonra müəllim və tələbələr uşaqlarla bir yerdə müxtəlif intellektual və əyləncəli oyunlar keçiriblər. Sonda tələbələr uşaqlara oyuncaqlar, ərzaq, şirniyyat məhsulları və gigiyenik vasitələrdən ibarət bayram sovqatı təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə