ІV Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarından bir qrupu Lənkəranda olub
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarından bir qrupu Lənkəran rayonunda olub. SİA-nın Cənu bürosunun verdiyi məlumata görə, 34 nəfərdən ibarət nümayəndə heyətinin tərkibinə Almaniyanın, Rusiyanın, Türkiyənin, İtaliyanın, Mərakeşin, Ukraynanın, Polşanın, Gürcüstanın, Hindistanın, Serbiyanın, Monteneqronun, Misirin və Litvanın tanınmış dövlət və elm xadimləri daxildir.
Beynəlxalq Forumun iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə yaxından tanış olublar.
Nümayəndə heyəti Lənkəran şəhəri ilə tanışlıq zamanı Gənclər Mərkəzində və Bayraq Meydanında olublar.
Hirkan Milli Parkına ekskursiya edən qonaqlara cənub bölgəsinin flora və faunası barədə ətraflı məlumat verilib.
Dördüncü Beynəlxalq Humanitar Forumu iştirakçıları, həmçinin Lənkəran rayonunun "İstisu" qəsəbəsində "Yaşıl çay" fermer təsərrüfatının çay plantasiyalarıına baş çəkiblər. Təsərrüfatın rəhbəri Araz Yağubov İstisu qəsəbəsində çayçılığın böyük tarixə malik olduğunu, Lənkəran rayonunda ilk çayçılıq təsərrüfatının burada salındığını qonaqların diqqətinə çatdırıb. Bildirib ki, durğunluq illərində bu yerlərin simvoluna çevrilən çay sahələri baxımsızlıq ucbatından sıradan çıxıb. Lakin 2006-cı ildə dövlətimizin sahibkarlığın, xüsusən də fermer təsərrüfatlarının inkişafı üçün yaratdığı münbit şəraitdən bəhrələnərək Lənkəran çayının əvvəlki şöhrətini bərpa etmək üçün "Yaşıl çay" fermer təsərrüfatını yaratmışıq. Görülən məqsədyönlü fəaliyyət nəticəsində çay plantasiyalarının həcmini 42 hektara çatdırmışıq. Əkində Gürcüstan Respublikasından gətirilən yüksək məhsuldarlığa malik növlərə üstünlük verlib. Hazırda çay sahələrini daha da genişləndirmək üçün fəaliyyətimizi davam etdiririk. Belə ki, bu məqsədlə 1 hektrara yaxın sahədə yerli iqlim şəraitinə uyğunlaşdırımış şitillik salınıb. Bu, bizə imkan verəcək ki, daha 30 hektarda yeni çay plantasiyası salaq. Xarici qonaqlar "Yaşıl çay" fermer təsərrüfatında çayçılığın inkişafı üçün görülən işlərdən məmnun olduqlarını ifadə ediblər. Sonda xarici qonaqlara təsərrüfatın nəşri olan "Yaşıl çay" jurnalı və yüksək keyfiyyətli təbii çay hədiyyə edilib.
Daha sonra qonaqlar Hirkan qəsəbəsində sitrus və subtropik meyvə bağlarında yetişdirilən məhsullara baxıblar.
Qonaqlar "Palma Life" hotelinin restoranında Lənkəran toyuq ləvəngisinin bişirilmə prosesini böyük maraqla izləyiblər. "Nənələr" folklor kollektivi Beynəlxalq Forumun iştirakçıları qarşısında konsert proqramı ilə çıxış edib.
Sərraf Mirsəfəroğu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB