Şəhid olan zabitimizin anasına medal təqdim olundu. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə 28 sentyabr 2014-cü il tarixdə Ermənistan silahlı qüvvələrinin növbəti dəfə atəşkəs rejimini pozması nəticəsində Xocavənd rayonun ərazisindı şəhid olan Azərbaycan ordusunun zabiti leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu ölümündən sonra medalla təltif edilib.
Şəhid zabitimizin doğulduğu Hacıqabul rayonunda yerli icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, ictimaiyyət nümayəndələrinin, ağsaqqalların, ziyalıların iştirakıyla ailəsinə medalın təqdimatı oldu. Müdafiə Nazirliyinin nümayəndəsi palkovnik Abdulla Qurbani şəhid leytenant Allahverdi Baxışlının anası Solmaz Həşimovaya Azərbaycan Prezidenti və Ali Baş Kamandanı adından müdafiə naziri general palkovnik Zakir Həsənovun əmri ilə verilmiş "Hərbi Xidmətdə Fərqlənməyə" görə 3-cü dərəcəli medalı təqdim edib. Abdulla Qurbani müdafiə naziri Zakir Həsənovun şəhid leytenant Allahverdi Baxışlının anasına və yaxınlarına baş sağlığını çatdıraraq bildirib ki, sizin ailəni nazirlik himayəsinə götürür bütün qayğılarınız, problemlərinizin həll olunması üçün artıq müvafiq göstərişlər verilib.
A.Qurbani bildirib ki, Allahverdi Baxışlı Müdafiə Nazirliyinin şəhid olan zabitidir və biz öz şəhidimizə sahib çıxaraq onun ailəsini daim diqqətdə saxlayacağıq.
Şəhid leytenant Allahverdi Baxışlının anası "Vətən sağ olsun!" deyərək medalı qəbul edib və göz yaşlarını saxlaya bilməyib. Rayon ağsaqqalları, hərbçilər çıxış edərək şəhid ailəsinə təsəlli verərək şəhidlərimizin qisasının alınacağını bildiriblər.
Sonra Şəhidlər xiyabanında Allahverdi Baxışlının məzarı ziyarət olunub.
Xatırladaq ki, Allahverdi Baxışlının atası Həşimov Əbülfəz Baxış oğluda 1-ci Qarabağ döyüşlərində 1994-cü ildə 30 yaşında şəhid olub. Qarabağ savaşı bir ailədən 2 nəfərin vətən uğurunda qurban getməsinə səbəb olub.
Allah rəhmət eləsin.
İqbal Mikayılov






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB