Bakıda və Abşeron yarımadasında gecə və gündüz havanın temperaturu 11-16 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinindən SİA-ya verilən məlumata görə, oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Azərbaycanın bölgələrində oktyabrın 7-də yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi güclənəcək.
Temperaturun gecə 10-14, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir. Dağlarda havanın temperaturu gecə 1-5, gündüz 5-8 dərəcə isti təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB