Aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

Aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

Müqəddəs Qurban bayramı münasibəti ilə Qazax və Ağstafa rayonlarında aztəminatlı ailələrə və sərhəd kəndində yaşayanlara bayram sovqatı paylanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayonda Qurban bayramı münasibətilə şəhid ailələrinə, Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi veteranlarına, əlillərə və bütün aztəminatlı ailələrə Qurban payları verilib.

Ağstafa rayon rəhbərliyi tərəfindən təşkil olunmuş tədbirdə də 500 ailəyə bayram sovqatı paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə