Cahangir Qocayev Bakıda yaşıllığın 3 dəfə artırılmasını təklif edib

Cahangir Qocayev Bakıda yaşıllığın 3 dəfə artırılmasını təklif edib

"Bakının Regional İnkişaf Planında paytaxtın ekoloji durumunun yaxşılaşdırılması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub". SİA-nın məlumatına görə, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev Böyük Bakının Regional İnkişaf Planında yer alan əsas inkişaf prioritetləri barədə AzərTAc-a müsahibəsində bildirib.

C.Qocayev deyib ki, paytaxtın mərkəzi hissəsinin müfəssəl planı işlənəndə bu ərazidə cəmi 116 hektar yaşıllığın olduğu ortaya çıxıb: "Bu isə meqapolisə çevrilən müasir Bakı üçün çox aşağı rəqəmdir. Bunun həlli paytaxtın müfəssəl planında öz əksini tapıb. Belə ki, plana əsasən paytaxtda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün yaşıllığın 3 dəfə artırılması təklif olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə