Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 13-15, gündüz 17-21, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın əksər bölgələrində yağış yağacağı, axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB