Lənkəranda və Cəlilabadda imkansız ailələrə Qurban sovqatı paylanılıb
Müqəddəs Qurban bayramı respublikamızın hər yerində olduğu kimi, Lənkəran rayonunda da geniş qeyd olunur. Bu münasibətlə keçirilən tədbirlərdə şəhid ailələrinə, müharibə veteranlarına, Çernobıl əlillərinə, qaçqın və məcburi köçkünlərə, eləcə də aztəminatlı ailələrə Qurban əti paylanılıb.
Rayonun yaşayış məntəqələrində keçirilən bayram mərasimlərində respublikamızın tərəqqisi, xalqımızın xoş rifahı və əmin-amanlığı naminə dualar oxunub, İslam dininin, Qurani-Kərimin irəli sürdüyü yüksək mənəvi amalları əsas götürməyin vacibliyi diqqətə çatdırılıb.
Bayramın ilk günü rayonda 5000-ə yaxın ailəyə Qurban payı verilib.
Qurban bayramı münasibətilə Cəlilabadda keçirilən mərasimində isə 2500-dən çox şəhid ailəsinə, Qarabağ və Böyük Vətən müharibələri əlillərinə, əmək veteranlarına, kimsəsiz və aztəminatlı ailələrə sovqat paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB