Abşeron rayonundakı Heydər Əliyev Mərkəzində yeni ailənin təməli qoyulub
Abşeron rayonundakı Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi təşkil olunub. Ailə həyatı qurmağa hazırlaşan gənclər və mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstünün önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra keçirilən nikah mərasimində rayon qeydiyyat şöbəsinin əməkdaşı qanunvericiliyə uyğun olaraq Xırdalan şəhər sakinləri Ələsgər Əkbərov və Tubuxanım Balayevanın nikahlarını rəsmiləşdirib, onlara müvafiq şəhadətnamələri təqdim edib.
Mərasimdə iştirak edən Abşeron Rayon İcra Hakimiyyəti başçısı Zakir Fərəcov xalqımızın ailə dəyərlərinə hər zaman hörmətlə yanaşdığını, onu hər şeydən üstün tutduğunu, bu gün də bu dəyərlərə həm dövlətimiz, həm də cəmiyyətimiz tərəfindən xüsusi önəm verdiyini vurğulayaraq, yeni ailə həyatı quranlara xoş arzularını çatdırıb.
Yeni ailə quran gənclərə qiymətli hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB