İslam dünyasının əziz bayramlarından olan müqəddəs Qurban bayramı Ağcabədi rayonunda təntənə ilə qeyd edilib. Şəhər 11 nömrəli orta məktəbin həyətində təşkil oluna mərasimdə çıxış edənlər tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara əmin-amanlıq, cansağlığı və süfrələrinə ruzi-bərəkət arzulayıblar. Bildirilib ki, müsəlmanların milli mənəvi həmrəyliyi, saflıq və mərhəmət rəmzi olan bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanların ətini imkansızlarla bölüşmək, onları sevindirməkdir. Qurban bayramı orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi bayramıdır. İslamda bu ay xüsusı mahiyyət və əhəmiyyət kəsb edir.
Mərasimdə bayramın fəzilətlərindən danışılıb, dualar oxunub.
Sonra qurbanlıq qoyunlar kəsilərək rayondakı hərbi hissələrə, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə, tənha və kimsəsizlərə, Qarabağ və Böyük Vətən müharibələri əlillərinə, şəhid ailələrinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB