Bakıda bayram namazı qılınır

Bu gün səhər saat 9-dan başlayaraq Bakının əksər məscidlərində bayram namazı qılınır. SİA-nın xəbərinə görə, səhər saatlarında bütün məscidlərdə olduğu kimi, Təzə Pir məscidində də insanlar bayram namazını qılmaq üçün toplaşıblar.

Bütün dünya müsəlmanları Qurban bayramını qeyd edir. Artıq ötən gündən başlayaraq dünyanın müxtəlif ölkələrində müsəlmanlar məscidlərə toplaşaraq bayram namazlarını qılıblar və hazırda qurbanlarını kəsirlər.

Azərbaycanda da Qurban bayramı dünəndən qeyd olunmağa başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə