“Sahibkalıqla məşğul olan qadınların fəaliyyətlərində müəyyən problem var”

“Sahibkalıqla məşğul olan qadınların fəaliyyətlərində müəyyən problem var”

"Sahibkalıqla məşğul olan qadınların fəaliyyətlərində müəyyən problemlər var və bu problemlərin aradan qaldırılması istiqamətində iş aparılır" Bunu SİA-nın bölgə müxbirinə Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva bildirib. Onun sözlərinə görə, bu gün sahibkarlıqla məşğul olan bəzi qadınların iqtisadi bilikləri yetəri səviyyədə olmadığından məmurlarla iş birliyində müəyyən çətinliklər yaradır: "Digər başlıca problemlərdən biri isə bankların sahibkar qadınlara kredit verilişində ehtiyatlı davranmasıdır. Bu kimi problemlərin aradan qaldırılması istiqamətində isə iş aparılır, sahibkar qadınlara ən böyük dəstək dövlət tərəfindən sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdir. Rəsmi statistikaya görə, bu gün təkcə Gəncə başda olmaqla qərb bölgəsində 5 mindən artıq qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur".

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə