Nərimanov rayonunda Qurban bayramı qeyd edilib

Nərimanov rayonunda Qurban bayramı qeyd edilib

Müsəlman dünyasının ən əziz bayramlarından olan Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi Nərimanov rayonunda da böyük təntənə ilə qeyd edilib. Həmişə olduğu kimi, Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3.500-dən yuxarı imkansız ailəyə, o cümlədən Qarabağ müharibəsi əlillərinə, Böyük Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə, ahıl və tənha sakinlərə, 20 yanvar əlillərinə, rayonda məskunlaşmış qaçqın və məcburi köçkünlərə, əlillərə və yardıma daha çox ehtiyacı olan şəxslərə qurban sovqatı paylanılıb.

Bayramla bağlı təşkil olunmuş xeyriyyə tədbirlərində rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik, saflıq və mərhəmət rəmzi olan Qurban bayramı münasibətilə sakinləri təbrik etmiş, onlara xoş arzularını çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə