Azərbaycanda Qurban bayramı namazının nə vaxt qılınacağı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən SİA-ya verilən məlumata görə, Bakı şəhərində, Təzəpir məscidində bayram namazı oktyabrın 5-də səhər saat 09:00-da qılınacaq.
Azərbaycanda oktyabrın 4-ü və 5-i Qurban Bayramı günü kimi qeyd olunacaq və ölkənin bütün məscidlərində bayram namazı qılınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB