Qaradağ rayonu, Sahil qəsəbəsində Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon komitəsi ilə birgə 05 oktyabr – Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirilib. Sİa-nın xəbərinə görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, müavini Təranə İsmayılova, rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan təhsil işçilərinin bir qrupunun iştirak edib.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov ilk öncə bütün təhsil işçilərini 05 oktyabr – Beynəlxalq Müəllimlər günü və qarşıdan gələn Müqəddəs Qurban bayramı münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun adından səmimi qəlbdən təbrik edib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi təhsil sahəsinin də inkişaf etməyə başladığını, Azərbaycanın təhsil sisteminin beynəlxalq sistemə inteqrasiya olunduğunu qeyd edib. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsini, təhsilin inkişafına, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması məhz müəllimlərimizin, təhsil işçilərinin zəhmətinə verilən qiymətin təzahürüdür. Ümumtəhsil ocaqlarının müasirləşdirilməsi və yeniləşdirilməsində Heydər Əliyev Fondunun da xidmətlərinin misilsiz olduğunu bildirib. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı", Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb Proqramı" və digər bu kimi tədbirlər çərçivəsində respublikamızda yüzlərlə təhsil ocaqlarının tikildiyini, əsaslı təmir olunduğunu xüsusilə vurğulayıb.
Öz növbəsində çıxış Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova rayonun məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işlərdən, 2013-2014-cü tədris ilində rayonun təhsil işçilərinin və tələbələrinin qazandığı uğurlardan danışıb. Xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğunu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər, təhsil işçiləri göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə rayon İcra hakimiyyətinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon komitəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olunublar.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB