Forum iştirakçıları ilə bölgə ziyalılarının videokonfransı keçiriləcək

Forum iştirakçıları ilə bölgə ziyalılarının videokonfransı keçiriləcək

Oktyabrın 4-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə videokonfrans keçiriləcək. Fondun İnformasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, videokonfransda IV Bakı Beynəlxalq Hümanitar Forumuna xarici ölkələrdən qatılan tanınmış alimlər, siyasi xadimlər, Azərbaycanın 13 bölgəsindən olan ziyalılar iştirak edəcəklər.

Dünyanın nüfuzlu elm və siyasi xadimləri ilə Şamaxı, Bərdə, Şirvan, Sumqayıt, Masallı, Gəncə, Şəki, Quba, Ağcabədi, Mingəçevir, Sabirabad, Göyçay, Lənkəranda olan ziyalılar və ictimai fəallar onlayn formada fikir mübadiləsi aparacaqlar.

Xarici qonaqlar yerlərdəki ziyalılarla IV Bakı Beynəlxalq Hümanitar Forumuna dair təəssüratlarını bölüşəcəklər, onların suallarını cavablandıracaqlar.

Videokonfransın təşkilində əsas məqsəd bölgə əhalisinin ictimai proseslərdə aktivliyini artırmaq, yerli ziyalıların tanınmış xarici alimlərlə ünsiyyətini yaratmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə