"Narkomaniya təkcə Azərbaycan üçün yox, bütün dünya üçün ən böyük təhlükədir. Daha təhlükəli məsələ isə sözügedən bəlanın öz coğrafi ərazilərini artırmasıdır. Hər il narkomaniyadan əziyyət çəkən 200 min insan dünyasını dəyişir". Bunu SƏS TV-yə açıqlamasında Daxili İşlər Nazirliyinin istefada olan polis polkovniki Şəmsəddin Əliyev deyib.
O bildirib ki, narkomaniya ilə mübarizədə beynəlxalq normalar mövcuddur. Bununla bağlı həmçinin Azərbaycan Respublikasının cinayət məcəlləsində müddəalar da var: "1996-cı ildə Ulu Öndər Heydər Əliyev narkotiklə mübarizə ilə bağlı dövlət komissiyası yaratdı. Bu komissiyanın hazırladığı hesabatlar əsasında Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Sərhəd qoşunları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı müvafiq hüquqi addımlar atılır".
Sabiq polkovnik qeyd edib ki, İran narkotik məhsulların satışında maraqlı olan ölkələrdən biridir: "İranla Azərbaycan sərhəddində 610 km məsafə var. Bəzən sərhəddən qanunsuz yolla keçən insanlar olur ki, onlar arasında narkotik daşıyıcıları az deyil. İran Azərbaycan üzərindən Avropaya narkotik daşıyır. Həmçinin, Əfqanıstan da narkotiklərin daşınmasında Azərbaycan ərazisindın istifadə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB