Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri insan hüquq və azadlıqlarmm ən yüksək səviyyədə təmin edilməsidir. Artıq illərdir ki, bu istiqamətdə mühüm addımlar atılır, müsbət nəticələr əldə edilir. Bunun nəticəsidir ki, hazırda ölkədə siyasi partiyalar sərbəst şəkildə fəaliyyət göstərir, siyasi əqidəsindən asılı olmayaraq hər kəs azad şəkildə öz fikirini cəmiyyətə çatdıra bilir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu şəraitdən sui-istifadə edənlər də az deyil. Xüsusilə müxalifət adı altmda xarici antiazərbaycan dairələrə xidmət edən, onlar qarşısmda götürdükləri öhdəlikləri yerinə yetirməyə çalışan ünsürlər hər zamn şəxsi mənafelərini milli maraqlardan üstün tutublar. Ötən il prezident seçkiləri dövründə yaradılan, bir müddət "fəallaşan", seçkidən sonra varlığı ilə yoxluğu bilinməyən "Milli Şura" da belə qummlardan biridir. Seçki dövründə "Milli Şura"nm namizədi olan, efirlərdə Seçki Məcəlləsinin tələblərinə məhəl qoymadan opponentlərinin şərəf və ləyaqətinə toxunan ifadələr işlədən, siyasi mədəniyyətdən uzaq, əxlaqi-etik normalardan kənar hərəkətləri ilə diqqət çəkən Cəmil Həsənli bu gün nədənsə sükuta qərq olub. "Milli Şura"nı inhisara alan Ə.Kərimli ilə cütləşən C.Həsənli yəqin ki, ortada kukla kimi oynadıldığmm acısmı çəkir.
Hər zaman haqq-ədalətdən dəm vuran, guya ölkədə qanunlarm pozulduğunu dilə gətirən C.Həsənli görünür, öz ailəsində bu prinsipləri "bərqərar" edə bilməyib. Nəzərinizə çatdıraq ki, C.Həsənlinin qızı Günel Həsənli sentyabrm 19-da Yasamal rayonu ərazisində saat 14:30 radələrində idarə etdiyi "Kia Rio" markalı avtomobillə yolu keçmək istəyən piyada-86 yaşlı Ədilə Səlimovanı vurub. G.Həsənli avtomobili saxlayaraq zərərçəkəni Kliniki Xəstəxanaya aparıb. O, məsuliyyətdən yayınmaq məqsədilə həkimlərə yalan məlumat verib ki, guya Ə.Səlimovanı yerdə yıxılı vəziyyətdə görüb və xəstəxanaya gətirib. Hətta Ə.Səlimovanı da öyrədib ki, həkimlərə yalan məlumat versin.
Qeyd edək ki, bu barədə hüquq-mühafizə orqanlarma məlumat daxil olandan sonra hadisə araşdırılıb, şahidlər dindirilib, kameralarm yaddaşma baxılıb. Məlum olub ki, Günel Həsənli həqiqətən də Ədilə Səlimovanı avtomobillə vurub. Hazırda Ədilə Səlimova xəstəxanadadır. Sonradan Günel Həsənli və Ədilə Səlimova bu hadisənin baş verdiyini etiraf ediblər. Bu da insan haqlarmdan danışan C.Həsənlinin qızmm "örnək" əməli.
Sözsüz ki, yollarda bu cür qəzalar mütəmadi olaraq baş verir. Həqiqətən də bu ürəkağrıdan bir məqamdır. Ancaq məsuliyyətdən yayınmaq, yalan məlumat vermək heç bir əxlaqa uyğun deyil. Göründüyü kimi, hər zaman ədalət prinsiplərindən, qanunun aliliyindən danışan C.Həsənli qızma bu tərbiyəni verə bilməyib. Günel Həsənlinin qanundan yayınması, məsuliyyətdən qaçması qəbuledilməzdir, insani dəyərlərdən kənardır.
Bu gün dövlətimiz qanunlarla idarə edilir. Siyasi əqidəsindən, sosial statusundan asılı olmayaraq hər kəs qanun qarşısmda bərabərdir. Bu cür hadisələr isə bir daha sübut edir ki, hər zaman dövlətdə, cəmiyyətdə nöqsanı axtaranlarm ən böyük nöqsan elə onlarm özlərindədir. Bu mənada hesab edirik ki, insanlara haqq-ədalət dərsi keçməyə çalışan C.Həsənli bunu öz ailəsindən başlasa daha yaxşı olar. Çünki ailəsinə faydası olmayan birinin cəmiyyətə faydalı, örnək olması sual doğurur.
Nail Arifoğlu, "İki sahil"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB