Qurban bayramı ərəfəsində dövlət baytarlıq xidmətinin əməkdaşları bazarlarda və ət kəsimi məntəqələrində xəstə və mənşəyi məlum olmayan heyvan ətlərinin satılmasının qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib. Gəncə şəhər Baytarlıq İdarəsindən SİA-ya verilən verilən məlumata görə, bu günədək keçirilən yoxlamalar zamanı hər hansı bir neqativ hal aşkar edilməyib. Göygöl rayon Baytarlıq İdarəsinin əməkdaşları isə ət kəsimi və satışı ilə yanaşı rayonda fəaliyyət göstərən mal bazarını da xüsusi nəzarətdə saxlayır. Məlumata görə, hazırda rayon ərazisində epizotik vəziyyət sabitdir.
Qeyd edək ki, baytarlar tərəfindən aparılan yoxlamalar bayram günlərində də davam edəcək.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB