Baltikyanı ölkələr Əfqanıstandakı missiyasında iştirak edəcəklər

Baltikyanı ölkələr Əfqanıstandakı missiyasında iştirak edəcəklər

Litva, Latviya və Estoniya Əfqanıstanın şimalında əfqan hərbçilərinə təlim keçmək üçün 2014-cü ildən sonra bu ölkəyə təqribən 150 əsgər göndərəcək. Baltikyanı ölkələr NATO-nun 2015-ci ildə Əfqanıstanda başlayacaq "Resolute Support" missiyasında iştirak etmək niyyətindədirlər. "Deutsche Welle"nin yaydığı məlumata görə, Baltikyanı ölkələrin müdafiə nazirlikləri bildiriblər ki, Litva, Latviya və Estoniya Əfqanıstanın şimalında güc strukturlarına təlim keçmək üçün müvafiq olaraq 100, 30 və 25 əsgər göndərəcəklər.

Bir qədər əvvəl Kabildəki hökumət ABŞ və NATO ilə təhlükəsizlik haqqında saziş imzalayıb. Bu saziş 2014-cü ilin axırlarında İSAF-ın missiyası başa çatandan sonra Əfqanıstanda məhdud sayda əcnəbi əsgər kontingentinin qalmasına imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə