"Azərbaycan torpaqları hələ də işğal altındadır"

"Azərbaycan torpaqları hələ də işğal altındadır"

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlər Assambleyası ictimai təşkilatlarının sədri Rövşən Tağıyev ATƏT-in milli azlıqlar üzrə ali komissarı Astrid Tors, NATO-nun sabiq baş katibi, Avropa İttifaqının keçmiş ali komissarı Havyer Solana və təşkilatın digər təmsilçiləri ilə görüşlər keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, görüşlərdə onlarla millətin nümayəndəsini birləşdirən Ukrayna Millətlər Assambleyası adından Ukraynadakı hadisələr, o cümlədən Azərbaycan, Moldova və Gürcüstanın məruz qaldıqları münaqişələrin nəticəsi olaraq insanların hüquqlarının pozulması ilə bağlı müraciət təqdim olunub.

R.Tağıyev Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının hüquqlarının bərpa olunmaması, Azərbaycan torpaqlarının hələ də işğal altında qalmasından Avropada yaşayan azərbaycanlıların narahatlığını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə