I Avropa Oyunları iştirakçılarına tibbi xidmət üçün
2015-ci ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları iştirakçılarına və xarici qonaqlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi könüllüləri əməkdaşlığa dəvət edir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, könüllü qismində yalnız ali tibbi təhsili (terapevt, fizioterapevt, kardioloq, travmatoloq-ortoped və s. ixtisaslar üzrə), 25 - 45 yaşlı tibb işçiləri tələb olunur. Xarici dilləri bilən şəxslərə üstünlük veriləcək.
Maraqlananlardan oktyabrın 30-dək tərcümeyi-hallarını [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB