Astaralı gənclər nikah mərasimlərini Heydər Əliyev Mərkəzində keçiriblər

Astaralı gənclər nikah mərasimlərini Heydər Əliyev Mərkəzində keçiriblər

Astara sakinləri Şükürov Tural Məmməd oğlu və Şükürova Gülüş Mehdi qızı nikah mərasimlərini bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriblər. Yeni ailə həyatı quran gənclər əvvəlcə Mərkəzdə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Mərasimdə çıxış edən Astara Qeydiyyat İdarəsinin rəisi İbrahim Həbibov və Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova gəncləri ailə həyatı qurmaları münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.

Yeni ailə həyatı quran gənclər nikah mərasimlərinin Ulu Öndərin adını daşıyan Mərkəzdə keçirilməsindən qürur hissi keçirdiklərini vurğulayaraq bu xoşbəxt günün yaddaşlarından heç vaxt silinməyəcəyini diqqətə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə