Bu gün IV Bakı Humanitar Forumu çərçivəsində Təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə panel keçirilib. SİA-nın xəbırinə görə, paneldə çıxış edən nazir Mikayıl Cabbarov bildirib ki, bugünkü panel məruzəçiləri sabah dəyirmi masalara sədrlik edəcəklər.
İlk məruzəçi olan Los Anceles şəhərinin sabiq meri, Koliforniya ştatı Milli Məclisinin sabiq spikeri Antonio Villereyqosa Bakıda olduğundan şad olduğuni dilə gətirib:" Humanizm multikultiralizmə aid olan məsələlər dövrün aktual məsələləridir. Multikultiralizmə gəldikdə Azərbaycan müxtəlif mədəniyyətləri birləşdirən ölkə olmaqla yanaşı burada gözəl əhval- ruhiyyə özünü göstərməkdədir. Yeni əsrdə bütün dünyada millətçilik ekstremizm baş qaldırıb. Biz damavlı inkişafa nail olmalıyıq. ABŞ İngiltərənin müstəmləkəsi kimi olub. Həmin vaxt biz Afrikadan qulları ABŞ-a gətiridik. Quldarlıq bizim ölkəmizdə mövcud idi. Daha sonra quldarlıq ləğv olundu. Avropalılardan fərqli olaraq bizim tariximiz inkişaf etdi. Bizdəki olan vəziyyət Avropalılardan xeyli fərqlənirdi.İllər keçdikcə Avropa ilə bağlı köklərimiz azalmağa başlayır. Əvvəllər, Los Ancelesdə əhalimizin 9-10 faizi Meksika mənşəli idisə, bu gün 50-60 faizi Meksika mənşəlidir. Multkulturalizm bizim üçün çox mühüm əhəmiyyətə malikdir. Biz ABŞ-dakı yoxsulluğa baxdıqda qaradərilər daha çox əziyyət çəkməkdədir. Həbsxanalarda daha çox qaradərilərə rast gəlinir. Kollec və universitetlərdə təhsil alanlar asiya mənşəli insanlardır".
Rusiyanın "İTAR-TASS" İnformasiya agentliyinin baş direktorunun müavini Mixail Qusman doğma vətənində olmağından məmnun olduğunu dilə gətirib:" Artıq ikinci dəfədir ki, bu Forumda iştirak edirəm. Forum Dünya İqtisadi Forum olan Davos Forumunu da ötüb keçəcək. Çünki burada çox mühüm, vacib və aktual mövzular müzakirə olunur.
Daha sonra dünya mətbuatında gedən proseslərdən danışan Qusman bildirib ki, bugünki zamanda hər şeydə mətbuatı günahlandırırlar:" İndiki rəqəmsal dövrdə mediadan gözləntilər artır. Media az qala inqilabda, daşqında, sel də belə günahlandırılır. Bu gün bəzən sosial şəbəkəlıri media ilə müqayisə edirlər. Demək istəyirəm ki, sosial şəbəkələr əlaqə vasitəsidir. Lakin onlar kütləvi informasiya vasitələri deyil. Onlar elə bir aləmdir ki biz onları anlamalı, qavramalıyıq. Sosial şəbəkə informasiya axınıdır. O, insanın aləminə daxil olur. Bu elə təhlükəli tendensiyadır ki biz bunu nəzərə almalıyıq. Təssüf ki, hazərda dünyada müasir rəqəmsal imkanlar hələ də tam şəkildə qavranılmayıb".
Qara dəniz Universitetlər Şəbəkəsinin baş katibi Eden Mamut (Ruminıya) bildirib ki, Forum böyük əhəmiyyətə malikdir:"Ötən il Forumda üzləşdiyimiz problemlərin çətinliyini müzakirə etdik və bunun həll variantını tapmağa çalışdıq. Bu baxımdan Forum çox mühüm, lazımi zamanda həyata keçirilən bir konfransdır. Bu gün dünyada Dağlıq Qarabağdan Donbassa qədər münaqişələr var. Əgər biz problemlərin həllini istəyiriksə, onları kateqoriyalara bölməməliyik. Biz yeni innovasiyalardan məlumatlı olmalıyıq. Biz fənləarası həll variantını tapmalıyıq. Belə olan halda istərdik ki, tələbələrimiz bütün bu məsələlərin fərqliyinə diqqət yetirsinlər. Bizim məqsədimiz hərtərəfli biliklərə malik olan ideyaları təqdim etməkdir. Builki Forum çərçivəsində bu məsələlər müzakirə edilərək, onlara xüsusi yer ayrılacaq. Azərbaycanda bir neçə ali məktəblərdə olmuşam və Azərbaycanda ali məktəblərdəki inkişafla tanışam. Ruminıya ilə Azərbaycanla təhsil sahəsində əlaqələr var, bundan sonra bu əlaqələr daha da genişləndiriləcək. Ötən il bu Forum bizim üçün böyük əhəmiyyətə malik oldu. Düşünürəm ki bu debatlar bizim üçün çox maraqlıdır bu unikal tədbirn təşkilinə görə, Azəbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm".
ABŞ-ın Kolumbiya Universitetinin professoru Con Lourens bildirib ki, insan inkişafı indeksi əsas götürülməlidir:" Biz bu meyarları bilməliyik. Çünki bu, gələcək nəsillərimiz üçün çox vacibdir. Yeni enerji növünə ehtiyac duyuruq. Burada əlbəttə ki insani enerjidən, müsbət enerjidən söhbət gedir. Gənclərimiz gələcəyə hazırlanmalı öz həyat üslublarını seçməlidirlər. Bu cür Forumlar bu kimi məsələlərin müakirəsində xüsusi əhəmiyyətə malikdir".
Panelin davamında Atatürk Universitetinin rektoru Hikmət Koçak, Xərçəng xəstəliyi üzrə Müalicə Mərkızinin sədri Karol Sikora, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Texniki Əməkdaşlıq Departamentinin Proqram rəhbəri İvan Videnoviç (Avstriya) və digərləri çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB