Şəhərin 22 müxtəlif ərazisində xüsusi yol nişanları qoyulub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bununla əlaqədar Dövlət Yol Polisi taksi sürücülərinə sonuncu xəbərdarlığını edib.
Yeni qaydaya əsasən nəzərdə tutulmayan yerdə dayanan taksi sürücüləri bundan sonra yol patrul xidməti avtomobillərində quraşdırılan kameralar vasitəsi ilə elektron şəkildə cərimələnəcək. Yeni taksi dayanacaqlarının yaradılmasında məqsəd piyadaların təhlükəsiz hərəkətini təmin etmək, eləcə də şəhərin küçə və prospektlərində yarana biləcək tıxacın qarşısını almaqdır.
Qeyd edək ki, bir aya yaxındır vurulan yol nişanlarına, hələlik o qədər də məhəl qoyulmur. Gələcəkdə taksi dayancaqlarını sayının artırılması da gündəmdədir.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB