Qadın abort zamanı ölüb

Bərdədə daha bir ana ölümü baş verib. Arzuolunmaz uşaqdan canını qurtarmaq istəyərkən ana özu canından olub. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Bərdə rayon Mərkəzi Xəstəxanasının Ginekologiya şöbəsində qeydə alınıb. Rayonun Cəyirli kənd sakini 34 yaşlı Sitarə Şahbazova 4 aylıq hamiləlikdən azad olmaq üçün rayon mərkəzi xəstəxanasının genikoloji şöbəsinin, genikolok - həkiminə müraciət edib. Həkim ananı abort edən zaman, xəstənin halı pisləşib və dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib.

Qeyd edək ki, hazırda faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə