Elman Mehdiyev Lənkəranda vətəndaşları qəbul edəcək

Elman Mehdiyev Lənkəranda vətəndaşları qəbul edəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev oktyabrın 9-da, saat 11:00-da Lənkəranda yerləşən Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Fonddan SİA-ya verilən xəbərə görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında - (012) 434-12-34

Lənkəran rayon şöbəsində - (02525) 5-08-59

Astara rayon şöbəsində - (02522) 5-31-09

Masallı rayon şöbəsində- (02521) 5-44-66

Lerik rayon şöbəsində - (02527) 4-40-31

Yardımlı rayon şöbəsində - (02520) 6-12-33

Qəbulda iştirak edəcək vətəndaşların oktyabrın 9-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılan nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə