Azərbaycan Texnologiya və Azərbaycan Dövlət Aqrar Universitetləri ilə Fransanın Yuxarı Elzas Müluz Universiteti arasında elmi əməkdaşlıq barədə memorandum imzalanıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən imzalanma mərasimində həmin universitetlərin əldə etdiyi nailiyyətlər, perspektiv layihələr haqqında məlumatlar diqqətə çatdırılıb. Gəncədə keçirilən şərab festivalı çərçivəsində qəbul edilən memorandumda universitetlərin xüsusilə üzümçülük və şərabçılıq sahələri üzrə əməkdaşlığı nəzərdə tutulur.
Qeyd edək ki, bu sahələrin ən son texnologiyalar əsasında inkişafı və digər məsələlər elmi cəhətdən birgə araşdırılacaq.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB