Azərbaycan səfiri CAR-ın Hərbi Dəniz Qüvvələrinin rəhbəri ilə görüşüb

Azərbaycan səfiri CAR-ın Hərbi Dəniz Qüvvələrinin rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov oktyabrın 1-də bu ölkənin Hərbi Dəniz Qüvvələrinin rəhbəri, admiral Samuel Hlonqvane ilə görüşüb. Səfirlikdən bildiriblər ki, görüşdə səfir Azərbaycanda gedən siyasi və iqtisadi proseslər haqqında ətraflı məlumat verib. Söhbət zamanı Azərbaycan-CAR münasibətləri, müxtəlif sahələrdə əlaqələr, təcrübə mübadiləsi, müvafiq qurumlar arasında əməkdaşlıq üçün hüquqi sənədlərin hazırlanması və imzalanması məsələləri müzakirə edilib.

Admiral S.Hlonqvane bu yaxınlarda CAR-ın Saymons Taun şəhərində Hərbi Dənizçilik Muzeyinin fəaliyyətə başladığını və həmin muzeydə Azərbaycanda təhsil almış hərbçilərə xüsusi guşə ayrıldığını qeyd edib.

Səfir E.Poluxov həmsöhbətini Azərbaycana səfərə dəvət edib.

Qeyd edək ki, admiral S.Hlonqvane 1987-1991-ci illərdə indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə