Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Hüquqi biliklərin inkişafı və vətəndaşların yeni qanunlar ilə bağlı maarifləndirilməsi" layihəsi çərçivəsində yaradılan www.muvekkil.az – Hüquq saytının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, təqdimatda çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov bildirib ki, Müvəkkil Hüquq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Hüquqi biliklərin inkişafı və vətəndaşların yeni qanunlar ilə bağlı maarifləndirilməsi" layihəsinin icrasını yekunlaşdırmaq üzrədir.
S.Vəkilov əlavə edib ki, icra olunan layihənin əsas məqsədi vətəndaşların hüquqi biliklərinin artırılmasıdır: "Bu istiqamətdə əsasən yeni qəbul olunmuş qanunların əhaliyə izah edilməsi, əhali tərəfdən ən çox istifadə olunan müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul olunan müraciət formalarının hazırlanması və digər hüquqi sənədlərin vətəndaşlara əlçatanlığını təmin edilməsi layihənin əsas vəzifələrindəndir. Qeyd olunan materiallar hazırlanaraq vahid bazada - www.muvekkil.az – hüquq portalında toplanıb. Belə ki, Hüquq portalında yeni qəbul olunmuş 10 qanunvericilik haqqında informasiya, qanunların şərhi ilə bağlı 10 məqalə və əhalinin ən çox rastlaşdığı məsələlərlə bağlı 43 nümunəvi sənəd formaları hazırlanaraq sayta daxil edilib".
Layihə koordinatoru S.Vəkilov əlavə edib ki, layihə bitdikdən sonra da qanunvericiliklə bağlı informasiya və materialların sayta daxil edilməsi nəzərdə tutulur.
Tədbirdə çıxış edən Qarabağ qazisi, jurnalis Rey Kərimoğlu bütün sahədə hüquqi maarifləndirməyə ehtiyac olduğunu diqqətə çatdıraraq bu kimi layihələrin və portalların vətəndaşlar üçün əhəmiyyətli olduğunu qeyd etdi.
"Digesta" Hüquq nəşriyyatının rəhbəri Ərşad Hüseynov və digər natiqlər də hüuquq saytı və layihə ilə bağlı təkliflərini və fikirlərini bildirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB