Dövlət sərhədindən qanunsuz narkotika keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədindən qanunsuz narkotika keçirilməsinin qarşısı alınıb

Azərbaycan sərhədçiləri tərəfindən sentyabr ayında narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində 12 halda ümumilikdə 12 kiloqram 615,8 qram narkotik maddənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Bununla yanaşı, dövlət sərhədindən buraxılış məntəqələrində gömrük əməkdaşları ilə birlikdə dövlət sərhədindən keçən şəxslər üzərində keçirilən baxışlar zamanı 7 halda narkotik vasitə aşkar olunub.

Bütün cinayət faktları üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə