"III Beynəlxalq Şərab Festivalı” başladı FOTO

"III Beynəlxalq Şərab Festivalı” başladı FOTO

Gəncədə Respublika Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı Nazirliklərinin, ölkəmizin Fransadakı səfirliyinin və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "III Beynəlxalq Şərab Festivalı" başlayıb. SİA-nın xəbərinə görə, festivalda ölkəmizlə yanaşı Fransa, Almaniya, İtaliya, Rusiya, Moldova, Gürcüstan və digər xarici ölkələrin şərab istehsalçıları və distrübiterləri iştirak edirlər. Festivalın ilk günündə yerli və xarici qonaqların iştirakı ilə ilk dəfə olaraq "Salxım" Dequstasiya müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycanın 10-a yaxın şərab istehsalçısının məhsulları yer alıb. III "Beynəlxalq Şərab Festival"ı çərçivəsində Gəncəyə gələn əcnəbi qonaqlar şəhəri gəziblər. Nizami məqbərəsi muzey kompleksində olan qonaqlar ilk olaraq şeyxin qəbrini ziyarət ediblər. "Xəmsə" abidə kompleksilə tanış olan qonaqlara dahi şairin əsərləri haqqında ətraflı məlumat verilib. Daha sonra qonaqlar Nizami mərkəzinə gələrək burada sərgilənən eksponatlara baxıblar. Məlumat verilib ki, şeyxin İsgəndəriyyə kitabxanasında saxlanılan əlyazmalarının nüsxələri mərkəzdə mühafizə olunur. Nizami mərkəzini gəzdikdən sonra xarici qonaqlar Gəncə qala qapıları muzey kompleksinə gəliblər. Gəncə qala qapıları haqda onlara ətraflı məlumat verilib. Qonaqlar burada Azərbaycan tarixini, mədəniyyətini özündə əks etdirən xalçaçılıq, dulusçuluq nümunələri ilə tanış olublar.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə