Bu yoldan keçməyin XƏBƏRDARLIQ

Bu yoldan keçməyin XƏBƏRDARLIQ

Bakı-Sumqayıt yolunun 6-9-cu kilometrliyində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. SİA-nın xəbərinə görə, bunu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, həmin avtomobil yolunda tətbiq olunan məhdudiyyət yolun 9-cu km-də dəmir yolu üzərində mövcud körpülərin söküntüsü ilə əlaqədardır. Körpülərin yerində müasir tipli dörd aşırımlı iki ədəd yol ötürücüsü tikiləcək.

P. Mürsəliyev bildirib ki, Bakı-Sumqayıt avtomobil yolunun 6-9-cu km-də tətbiq olunan məhdudiyyət nəqliyyat vasitələrinin hərəkətinə maneə törətmir. Belə ki, alternativ olaraq sürücülər yolun sağ tərəfindən, yəni Biləcəri qəsəbəsindən Bakı-Sumqayıt yolu istiqamətində çəkilən avtomobil yolundan istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə