Uşaq hüquqları mövzusunda təlimlər keçirilir

Uşaq hüquqları mövzusunda təlimlər keçirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi ilə birgə layihəsi çərçivəsində bu günlərdə Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) rəhbəri Vüqar Məhərrəmov, həmçinin vətəndaş cəmiyyətindən olan ekspert Nazir Quliyev tərəfindən Cəlilabad şəhərində cənub regionu üzrə Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Salyan və Masallı rayonlarının prokurorluq və polis əməkdaşları üçün uşaq hüquqları və yuvenal ədliyyə mövzusunda təlimlər təşkil olunub. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, habelə həmin region üzrə rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərinə və internat məktəblərinə baxışlar keçirilib. Baxışların məqsədi həmin müəssisələrdə saxlanılan şəxslərin, o cümlədən yetkinlik yaşına çatmayanların saxlanılma şəraiti, onlarla rəftar və digər məsələlərin araşdırılması olub.

Baxışların nəticələri ilə bağlı Ombudsman tərəfindən Daxili İşlər nazirinə müraciət edilib.

Hazırda Gəncə şəhərində 12 ətraf rayon üzrə prokurorluq və polis əməkdaşları üçün həmin mövzuda hüquqi maarifləndirmə seminarları davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə