İlham Əliyev Əfqanıstanın yeni prezidentini təbrik edib

İlham Əliyev Əfqanıstanın yeni prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əfqanıstanın yeni prezidenti Əşrəf Qəni Əhmədzayı təbrik edib. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir: "Əfqanıstan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Əşrəf Qəni Əhmədzaya,

Hörmətli cənab Prezident,

Əfqanıstan İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Əfqanıstan əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Fürsətdən istifadə edərək Sizi qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Əfqanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə