YAP GB-nin “Ekologiyasız həyat yoxdur” adlı layihəsi davam edir FOTOLAR

YAP GB-nin “Ekologiyasız həyat yoxdur” adlı layihəsi davam edir  FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) ofisində "Ekologiyasız Həyat Yoxdur" adlı layihə davam edir. SİA-ya verilən məlumata görə, YAP GB sentyabr ayını "Ekologiya ayı" elan edib. Məhz ekologiya ayı çərçivəsində həyata keçirilən "Ekologiyasız Həyat Yoxdur" adlı layihəyə uyğun olaraq, bir çox seminarlar təşkil olunub və layihə iştirakçısı olan gənclərin ekologiya ilə bağlı olan məkanlara ekskursiyası təşkil edilib.

Layihə çərçivəsində növbəti ekskursiya "Dendroloji Parka" və "Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavoduna" təşkil edilib. Ekskursiya çərçivəsində gənclərə ekoloji mühit barəsində ətraflı məlumat verilib və mövzu ilə bağlı gənclərin sualları cavablandırılıb.

Məlumat üçün bildirək ki, layihə "AZӘRBAYCAN - 2020: GӘLӘCӘYӘ BAXIŞ" İNKİŞAF KONSEPSİYASI"-nın 11-ci bəndindəki "Ətraf mühitin qorunması və ekologiya məsələləri" bölməsini əsas tutaraq icra edilir. Məhz ona görə də YAP Gənclər Birliyi sentyabr ayını "Ekologiya ayı" elan edərək bu istiqamətdə tədbirlər həyata keçirir. Yaxın bir neçə gündən sonra layihənin bağlanış mərasimi keçiriləcək və iştirakçı gənclər diplomlarla təltif olunacaqlar.

Eyni zamanda bağlanış mərasimində layihənin yekun videoçarxının təqdimatı olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə