Respublika ərazisində baş verən zəlzələ Qubanın Xınalıq kəndində müəyyən fəsadlar törədib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, kənddə ümumilikdə 20-yə yaxın evin divarlarında və yardımçı tikililərdə çatlar əmələ gəlib.
Çatlar əsasən çoxdan inşa olunmuş və çiy kərpicdən tikilən evlərdə qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, hazırda mənzillər yaşamaq üçün təhlükəlidir. Bir neçə gün yağışlı hava olarsa evlər uça bilər.
Artıq Quba rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri zəlzələdən ziyan çəkən evlərə baxış keçirib, sakinlərlə görüşüb. Rayon icra hakimiyyəti başçısının Xınalıq inzibati dairəsi üzrə nümayəndəsi Fizuli Şərifovun sözlərinə görə hazırda sakinlərə dəymiş ziyan araşdırılır.
Qeyd edək ki, mənzillərin yalnız bir hissəsində çatlar yaranıb. Digər otaqlarda yaşayış mümkün olduğundan sakinlərin köçürülməsinə ehtiyac görülməyib.
Emin Kərimov, Quba, Xınalıq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB